Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb.
BAKU.WS Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir.
Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...