Hərbi attaşelər “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi attaşelərə müəssisənin fəaliyyəti və istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndələr müəssisədə istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər.
Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilməklə yanaşı, onların ixracı da həyata keçirilir.
Qonaqlar burada həmçinin istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiylə tanış olublar.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...