Hərbçilərin iş saatı ilə bağlı yeni qayda müəyyən edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həftəlik xidmət vaxtı 40 saatdan çox ola bilməz.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək məqsədilə hərbi hissənin (bölmənin) günün nizam qaydaları ilə müəyyən edilir.
Həmçinin qanun layihəsində hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...