Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu - FOTO
06
dek
2019
08:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikada yaşayan həmyerlimiz, əslən Nehrəm kəndindən olan Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.
Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.
Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.
Qalereya
Oxşar xəbərlər
Baş nazir Novruz Məmmədov Qarabağdan danışdı: "1 milyondan çox insan..."
Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkədə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.“Report”u...