Həmsədrlər növbəti ay Bakı və İrəvana səfər etməyi planlaşdırırlar
Yeniliklərdən dərhal xəbərdar olun
“Həmsədrlər növbəti ay regiona - Bakı və İrəvana səfər etməyi planlaşdırırlar”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
S. Lavrov bundan başqa, həmsədrlərin köməyi ilə hansısa mərhələdə Xarici İşlər nazirlərinin kontaktını təşkil etməyin planlaşdırıldığını bildirib.
“Lakin bu planların baş tutması üçün situasiyanın normalılaşdırması baxımından artıq Dağlıq Qarabağ və ətraf ərazilərdə deyil, Ermənistan-Azərbaycan sərhədində hansısa insidentləri dayandırmaq vacibdir. Biz ümid edirik ki, iyulda baş verənlər bir daha təkrarlanmayacaq və digər maraqlı ölkələrlə, Azərbaycan və Ermənistandan olan dostlarımızla buna hər cür yardım göstərəcəyik”, - deyə rusiyalı nazir vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...