HƏMAS-ın girov götürdüyü israilli qız haqda yeni xəbər - FOTO/VİDEO

HƏMAS-ın girov götürdüyü israilli qız haqda yeni xəbər - FOTO/VİDEO
Foto Video
Siyasət 2

İsraildə HƏMAS-ın qaçırdığı qızın kirayədə qaldığı mənzillə bağlı qalmaqal yaranıb.

BAKU.WS xəbər verir ki, terrorçuların girov götürdüyü gənc qız İnbar Hayman rəfiqəsilə birgə kirayədə qalırmış. Hər ay ev sahibinə 2,5 min pul ödəyirlər.

Ev sahibi vaxtı çatanda onun rəfiqəsindən pul tələb edərkən İnbarın da pulunu istəyib. Qızın rəfiqəsi öz pulunu verib.

İkinci kirayəçinin HƏMAS tərəfindən əsir götürüldüyünü bildirib və İnbar azad olduqda öz pulunu ödəyəcəyini deyib.

SOnradan kirayə qaldıqları ev sahibi ilə yazışmaları sosial şəbəkələrdə yayıb. Bu hadisə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Ev sahibi qınaq obyektinə çevrilib.

Xatırladaq ki, silahlılar oktyabrın 7-də yerli sakin İnbar Haymanı musiqi festivalından oğurlayıblar.

Son xəbərlər