Həbs edilən blogerin ayağı amputasiya oluna bilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı bloger Edvard Beale qan zəhərlənməsi şübhəsi ilə Moskvadakı xüsusi təcridxanadan təcili olaraq xəstəxanaya aparılıb. O, ayağının amputasiyası ilə üzləşə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb 3 ay əvvəl blogerin skuterdən yıxılaraq açıq sınıqla nəticələnən xəsarət alması olub.
Keçən həftə Edvardın ayağı yenidən ağrımağa başlayıb və zədə yerində şişkinlik yaranıb. İyulun 31-i çərşənbə günü axşam saatlarında Bealın vəziyyəti pisləşib və təcili yardım çağırılıb.
Saat 23:00 radələrində mühafizə altında xüsusi təcridxanadan çıxarılıb. O, hazırda Moskvada xəstəxanadadır.
Qeyd olunub ki, Edvard Beal istintaq təcridxanasında həkimlərin ona lazımi qayğı göstərmədiyini və burada infeksiyaya yoluxa biləcəyini iddia edib.
Beal yenidən paytaxt məhkəməsində inzibati məsuliyyətə cəlb edilib. O, “İctimai yerlərdə ictimai asayişin pozulmasına səbəb olma” maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib.
Oxşar xəbərlər
Rostovda təcridxana əməkdaşlarını girov götürən İŞİD-çilər məhv edildilər - VİDEO - YENİLƏNİB
Rusiyanın Rostov vilayətindəki 1 saylı istintaq təcridxanasında iki əməkdaşı girov götürən şəxslər zərərsizləşdiriliblər. Onların İŞİD terror qruplaşması ilə əl...