Hava yolu ilə Naxçıvana səfər edənlərə gömrük güzəştləri müəyyən ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycan Respublikasının digər bölgələrindən olan fiziki şəxslər üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədləri və şərtləri müəyyən ediləcək.
BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, Dövlər Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi ilə birgə 2023-2027-ci illər ərzində güzəştlərin tətbiqinə başlanılmasını təmin etməlidir. Nəticədə Əhalinin alıcılıq qabiliyyəti yüksəlməli, turistlərin cəlb edilməli və iqtisadi aktivliyin artmalıdır.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...