Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb".
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib.
O bildirib ki, üçüncü tərəflər ədalətli və tərəfsiz şəkildə bu prosesə dəstək verməlidirlər.
Nazirlər həmçinin, Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Fidan söyləyib ki, Qəzzada daimi atəşkəsin təmin olunması və humanitar yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyət ümumi səy göstərməlidir.
Onun sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən qısa zamanda başa çatması üçün danışıqlar prosesini dəstəkləyir.
Oxşar xəbərlər
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyaləti...