Hakan Fidan: "Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdik"

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdik
Siyasət 12

"Türkiyə və Azərbaycan həmişə bir millət, iki dövlət anlayışı ilə hərəkət edib".

Bu sözləri Türkiyənin XİN rəhbəri Hakan Fidan azərbaucanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olmağa davam edəcəklər. İnanıram ki, qarşıdakı dövrdə də iki ölkənin qardaşlığı və dostluğu üçün yaxından işləməyə davam edəcəyik. Dəyərli qardaşım cənab Bayramova bir daha təşəkkür edirəm. İlk fürsətdə Azərbaycana səfər edəcəyəm",-deyə hakan Fidan əlavə edib.

Türkiyənin xarici işləri naziri həmçinin deyib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə olunub: "Azərbaycan və Türkiyənin regionda sülhün bərqərar olması üçün birgə addımlar atmağa davam edəcəkl".

Son xəbərlər