Hafiz Paşayev: “ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Artıq gənclər qısa zamanda həm bilik, həm bacarıq əldə etməklə iş bazarına tam yararlı olmaq istəyirlər. Bu məqsədlə hazırda ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərə daha əlçatan edəcək:
“Rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalı, iş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından xəbərdar olmalı və onlar birlikdə qarşılanmalıdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...