"Haber Global": Şimali Kipr baş naziri Bakıda hansı mesajları verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günləri çərçivəsində türk dünyasının birliyi, regional təhlükəsizlik və Kipr məsələsi ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalı süjet hazırlayıb.
Ünal Üstel bildirib ki, ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsi bu gün daha geniş məna kəsb edir.
"Biz eyni millətin fərqli coğrafiyalarda yaşayan övladlarıyıq. Bu əlaqəni bir cümlə ilə ifadə edirik: Bir millət, üç dövlət. Yəni Türkiyə, can Azərbaycan və Şimali Kipr", - deyə o vurğulayıb.
Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması hər iki liderin dəstəyi sayəsində mümkün olub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...