“Haber Global” Güney azərbaycanlıların Berlindəki aksiyası ilə bağlı süjet hazırladı - VİDEO
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı aksiya keçirilib.
Türkiyənin “Haber Global” kanalı aksiya keçirilən ərazidən süjet hazırlayıb. Götüntülərdə bayraqlar qaldıran yüzlərlə aksiya iştirakçısının yürüş keçirməsi əks olunur. Onlar İranın təşkil etdiyi qətliamda həyatını itirənləri anıblar, azadlıq və müstəqillik istədikləri ilə bağlı Almaniyaya və bütün dünyaya çağırış ediblər.
Aksiyaya 500 nəfərdən çox Güney azərbaycanlının qatıldığı bildirilir.
Bildirilir ki, 2006-cı il hadisələri zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 150 nəfər öldürülüb.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...