"Haber Global": Azərbaycanda Çanaqqala zəfərinin 111-ci ildönümü qeyd olundu
"Azərbaycanın paytaxtı Bakıda Çanaqqala zəfərinin 111-ci ildönümü qeyd olunub. "Türk şəhidliyi" abidəsində keçirilən mərasimdə Türkiyənin Bakıdakı səfiri Birol Akgün, səfirliyin müşavirləri, hərbi rəsmilər, Türkiyənin Bakıdakı qurum və təşkilatlarının nümayəndələri və Türkiyə vətəndaşları iştirak ediblər".
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın reportajında bildirilib.
"111 il əvvəl Çanaqqala döyüşündə dünyanın ən güclü ordularına qarşı məhdud resurslara baxmayaraq qazanılan möhtəşəm qələbə Türkiyə tarixinə qızıl hərflərlə yazılıb.
Çanaqqalada canından keçən yüzminlərlə şəhidi anarkən köməyə gəldikləri qardaş Azərbaycan torpaqlarında azadlıq uğrunda canlarını fəda edən türk ordusunun qəhrəman hərbçilərini və istiqlal müharibəmizdə düşmənə qarşı türk əsgərləri ilə çiyin-çiyinə vuruşarkən Türkiyənin müstəqilliyi uğrunda şəhid olan bütün Azərbaycan hərbçilərini bir daha mərhəmət və minnətdarlıqla xatırlamaq istəyirəm", - deyə telekanal Birol Akgünün fikirlərinə yer verib.
Oxşar xəbərlər
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Mak...