"Haber Global": Azərbaycan WUF13 iştirakçıları ilə uğurlu təcrübəsini bölüşəcək

Haber Global: Azərbaycan WUF13 iştirakçıları ilə uğurlu təcrübəsini bölüşəcək
Video
Siyasət 18

"Haber Global" telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar veriliş hazırlayıb.

BAKU.WS xəbər verir ki, tədbirlə bağlı kanalın müxbiri Murat Karataş reportaj təqdim edib, şərh verib.

O qeyd edib ki, forumda 182 ölkədən 40.000-dən çox iştirakçı var. Tədbirdə müxtəlif ölkələrdən dövlət nümayəndələri, merlər, şəhərsalma mütəxəssisləri, akademiklər və beynəlxalq qurumların bir çox nümayəndəsi iştirak edir.

"WUF13-ün Azərbaycanda keçirilməsi olduqca diqqətəlayiqdir. Buna səbəb isə 30 illik işğaldan sonra azad olunan Qarabağda aparılan yenidənqurma işləridir. Azərbaycan bu tikinti prosesi ilə bağlı təcrübəsini forumda bölüşəcək. Bu təcrübələr nələrdir? Ağıllı şəhərlər, ağıllı kəndlər, eləcə də yaşıl enerjiyə əsaslanan yaşayış məntəqələri. Azərbaycan bütün bu planları qonaqları ilə bölüşəcək", - deyə jurnalist çıxışında qeyd edib.

Murat Karataş həmçinin onu da diqqətə çatdırıb ki, bu forumda Türkiyə də iştirak edir. Onun sözlərinə görə, Ankaranın fəlakətlərin idarə olunması və davamlı şəhərləşmə təcrübəsi də təqdim olunur.

Son xəbərlər