Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyevin itkin düşüb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.
Onun həyat yoldaşı Kəmalə Qayıbova soydaşımızın mal-qara almaq üçün 32 min lari (18 min AZN) pulla yanvarın 4-də Qaracala kəndinə yollandığını bildirib.
O, “Rustavi 2” telekanalına müsahibəsində deyib ki, N.Nəbiyev Qaracalada Fərhad Qurbanovla görüşüb və daha sonra mobil telefonu söndürülüb. K.Qayıbova iddia edir ki, F.Qurbanov həyat yoldaşının harada olduğunu bilir.
F.Qurbanov isə öz növbəsində N.Nəbiyevlə görüşdüyünü təkzib etməyib. O deyib ki, yanvarın 4-də onunla görüşüb və sağollaşıb. Qaracala sakini itkin düşən şəxslə arasında heç bir münaqişənin olmadığını da qeyd edib.
Oxşar xəbərlər
Gürcüstanın müsəlman icmasına ayırdığı vəsait açıqlandı
Gürcüstanda 2022-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına 2,2 milyon lari (təqribən 714 min dollar) həcmində vəsait ayrılıb. BAKU.WS “Report”a istin...