Gürcüstan və İsrail rəsmiləri Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Parlament sədrinin birinci müavini Giorgi Volski İsrailin bu ölkədəki səfiri Valid Əbu Haya ilə görüşüb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, tərəflər Gürcüstan və İsrail arasında mövcud tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Müzakirə mövzularından biri də İsrail və Gürcüstanı əhatə edən təhlükəsizlik mühiti olub. Söhbət zamanı həm dünyadakı çətinliklərə, həm də Yaxın Şərq və Cənubi Qafqaz regionundakı vəziyyətə toxunulub. Hər iki ölkədə baş verən siyasi proseslər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...