Gürcüstan parlamentinin komitə sədri Azərbaycana səfərə gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri, tanınmış musiqiçi Eliso Bolkvadze Azərbaycana səfərə gəlib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, E.Bolkvadze səfər çərçivəsində Azərbaycanın təhsil və elm naziri Emin Əmrullayev, Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevlə görüşəcək.E.Bolkvadzenin eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, Bakı Musiqi Akademiyasının direktoru Fərhad Bədəlbəyli, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədovla görüşü planlaşdırılıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...