Gürcüstan lideri Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətində uğurlar arzulayıram”, - o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...