Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
“Müdafiə sahəsində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin hökumət proqramının yerinə yetirilməsinə dair illik hesabatında bildirilib.
Qeyd edilib ki, əməkdaşlığın məqsədi regional təhlükəsizliyin möhkəmləndirilməsi, ümumi məqsəd və maraqların effektiv yerinə yetirilməsi üçün silahlı qüvvələr arasında sıx əlaqələrin qurulmasıdır.
Sənəddə deyilir ki, region ölkələri ilə balanslaşdırılmış və sabit mehriban qonşuluq münasibətləri çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyi Türkiyə, Azərbaycan və Ermənistanın müdafiə nazirlikləri ilə uğurlu əməkdaşlıq həyata keçirir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...