Gürcü nazir: Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu və enerji sektoru prioritet olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan 2026-cı ildə iqtisadi artım, yeni iş yerləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Anakliya limanı və enerji sektoruna fokuslanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili bildirib.
O bildirib ki, 2026-cı ildə əsas prioritetlər yüksək iqtisadi artımın təmin edilməsi ilə yanaşı, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və əhalinin rifahının yaxşılaşdırılması olacaq.
M.Kvrivişvili bildirib ki, 2026-cı ildə həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması, Anakliya dərin dəniz limanının tikintisinin aktiv mərhələyə keçməsi və enerji sektorunun inkişafı da prioritet layihələr sırasındadır.
Nazirin sözlərinə görə, bütün bu addımlar ölkənin iqtisadi və sosial inkişafına birbaşa təsir göstərəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...