“Günün Yekunu” - 8 iyul 2019

“Günün Yekunu” - 8 iyul 2019
Siyasət 431
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, “Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül salonunda yanğın baş verib.Mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb.Yanğın yerindən videoya və daha ətraflı məlumata bu linkdən baxa bilərsininiz - https://baku.ws/hot_news/65542
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirir.İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə paytaxtda həyata keçirilən yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı sakinlərə məlumat verilib.Bildirilib ki, iyul ayının 10-dan etibarən konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65548
Bakıda polis bölməsində şəhid ailəsinin döyülməsi xəbərinə rəsmi münasibət bildirilib.Sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb. Onun sözlərinə görə, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65554
Türkiyədə iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) qurucu üzvlərindən olan Əli Babacan istefa verib. O, bununla bağlı yazılı müraciətini yayıb.Ə.Babacan istefasının səbəbini fikir ayrılığı ilə izah edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/65575
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.Nazirlikdən bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək olmaz.Eyni zamanda, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/65579

Oxşar xəbərlər

Bakı meriyası hərəkətə keçdi – Evlərə paketlər paylanıb – FOTO

Bakı meriyası hərəkətə keçdi – Evlərə paketlər paylanıb – FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirir.BŞİH-dən BAKU.WS-ə verilən...

3829 Hadisə 09:52 08 iyul 2019

Son xəbərlər