055 213 76 73
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məluamt verilib.
Verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***08:41
“Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül salonunda yanğın şiddətlənib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər.
Vurğulanır ki, mağazanın damında başlayan yanğını hələ də söndürə bilməyiblər.
***08:17
Bakının Nizami rayonu ərazisində "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı mağazada yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Verilən məlumata görə, yanğın “Ağ çiçəyim” gül salonunda qeydə alınıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq.
Xidmətdən BAKU.WS-ə bildirdilər ki, gül mağazasının dam örtüyü yanır.
Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Ərazidək digər mağazalar yanğından mühafizə olunub.
Ziya SƏCCAD
BAKU.WS
VİDEO
VİDEO
QALEREYA