SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) qurucu üzvlərindən olan Əli Babacan istefa verib.

BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, o, bununla bağlı yazılı müraciətini yayıb.

Ə.Babacan istefasının səbəbini fikir ayrılığı ilə izah edib:

“Vəzifədə olduğum müddətdə partiyanın prinsip və dəyərlərini həm ölkkəmizdə, həm də dünyada inanaraq müdafiə etdim. Türkiyənin tarixi dönüş məqamlarında, həqiqətlər üçün edilən mübarizələrin içində olmaq mənim üçün şərəf oldu. Son illərdə isə bir çox sahədə edilənlərlə və inandığım prinsiplər arasında fərqliliklər oldu. Məntiq və ruh cəhətdən ayrılıq yaşadım”.

Babacan sözlərinə əlavə edib ki, bu səbəbdən 2001-ci ilin avqustundan bəri qurucu üzvü olduğu AKP-də qalması mümkün deyil:

“Hazırda Türkiyəyə yeni baxış lazımdır. Ölkəmizin bu günü və gələcəyi üçün yeni çalışmalar həyata keçirmək qaçılmazdır. Mən və bir çox dostum belə bir çalışma üçün böyük və tarixi məsuliyyət hiss edirik. İşlərimizin müstəqil şəkildə aparılması böyük önəm kəsb edir. Hər məsələdə bəyaz səhifələrlə işə başlamaq lazımdır”.

Hamımızın məqsədi ölkəmizin etibarını yüksəltmək, xalqımızın rifah xə xoşbəxtliyini artırmaq, Türkiyəni layiq olduğunu gələcəyə çatdırmaqdır. İnsan haqları, azadlıqlar, demokratiya və hüququn aliliyi vazgeçilməz hədəflərimizdir. Siyasətə girdiyim ilk günlərdən canla-başla çalışdım. Allah sağlıq və ömür verdiyi müddətdə bundan sonra da çalışmağa davam edəcəyəm!”.

Qeyd edək ki, 52 yaşlı siyasətçi millət vəkili, dövlət naziri, xarici işlər naziri, baş nazirin müavini postlarında çalışıb. Onun yeni partiya quracağı iddia edilir.

Fərid ƏDALƏT
BAKU.WS