Günəşdəki partlayış kametanın quyruğunu qopardı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşdən yayılan yüklü hissəciklərin partlaması nəticəsində Nişimura kometasının quyruğunu itirdiyi anlar astrofotoqraflar tərəfindən lentə alınıb.
BAKU.WS Trt haber-ə istinadən xəbər verir ki, Nişimura quyruqlu ulduzu səyahəti zamanı Günəşdən yayılan plazma və yüklü hissəcik partlayışları şəklində ciddi müqavimətlə qarşılaşıb.
Astrofotoqraf Mixayıl Yaqer, kometanı əhatə edən və bir anlıq quyruğunun bir hissəsini uçurmuş kimi görünən günəş fırtınası qeydə alıb.
Keçmiş NASA astronomu Tony Phillips bildirib ki, tədqiqatçılar bunu CME (və ya sürətli günəş küləyinin) kometə vurması nəticəsində yaranan əlaqənin kəsilməsi hadisəsi adlandırırlar:
“O vaxtdan bəri Nişimuranın quyruğu uzanıb, lakin bu, çox çəkməyə bilər. Çünki daha çox günəş küləyi yoldadır”.
C/2023 P1 (Nishimura) kometası ilk dəfə keçən ay Yaponiyada həvəskar astronom Hideo Nişimura tərəfindən rəqəmsal kameradan istifadə edilərək aşkar edilib.
Qeyd edək ki, ulduz sentyabrın 12-də Yerin yaxınlığından keçəcək, sonra isə sentyabrın 17-də Günəş ətrafında fırlanaraq dərin kosmosa qayıdacaq.
Qalereya
Oxşar xəbərlər
Alimlərdən XƏBƏRDARLIQ: Bütün rabitə sistemləri çökə bilər - FOTO
Alimlər bu gün Yer kürəsini nadir və dağıdıcı "adamyeyən" günəş qasırğasının vuracağını açıqlayıblar. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, qasırğan...