Gülşən Rzayeva: "WUF13 Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edir"
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin və sessiyanın Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dünyada urbanizasiya sürətlə artır, iqlim dəyişiklikləri baş verir və bu fonda şəhərlər kifayət qədər ciddi çağırışlarla üzləşir: "Urbanizasiya özü ilə iqtisadi imkanlar gətirir, rifah üçün misilsiz imkanlar yaradır. Digər tərəfdən, şəhərlər urbanizasiyaya görə iqlim dəyişikliklərinin nəticələrindən əziyyət çəkirlər. Ona görə də şəhərlərlə bağlı məsələlərin ciddi müzakirəsi ehtiyac əhəmiyyət kəsb edir. Bu forum məhz bu məsələlərə həsr olunacaq. Qlobal səviyyədə şəhərsalma sahəsində olan çağırışlar, iqlim dəyişikliyi fonunda şəhərlərin həll etməli olduğu məsələlər və praktik həll yolları, ölkələrin təcrübələri təqdim olunacaq".
G.Rzayeva qeyd edib ki, WUF13 strateji baxımdan mühüm əhəmiyyət kəsb edən beynəlxalq platformadır: "Bu tədbirlə Azərbaycanın şəhərsalma sahəsində nailiyyətlərini, qabaqcıl təcrübələrini, yəni model ola biləcək təcrübələrini təqdim etmək üçün imkanlar yaranacaq. Bu çərçivədə məlumatlılığın artırılmasında, insanlarda şəhərsalmaya yanaşmanın, şəhər mühitində müəyyən davranışların formalaşmasında medianın çox böyük rolu var".
Oxşar xəbərlər
UN-HABITAT: WUF13 indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir. BAKU.WS report-a istinadən xəbər veri...