General müharibədə fərqlənən hərbi qulluqçuların təltif olunmasından DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
“Vətən müharibəsində qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsi, ümumiləşdirilməsi və şəxsi heyət arasında təbliğ edilməsi də ideoloji işin tərkib hissələrindəndir”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsində zəfər işğalı sonlandırdı, torpaqlarımız işğaldan azad edildi:
“Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu sırasındadır”.
“Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi və qələbələrin əldə edilməsi müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir, öyrənildikcə yeni faktlar aşkarlanır. Aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”, - deyə general qeyd edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...