Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar - FOTO

Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar - FOTO
Foto
Siyasət 87

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə hərbi hissələrdən daha birində zabit və əsgərlərimizlə görüş keçirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə gənclərə tədbirin proqramı barədə məlumat verilib, dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edilib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri vurğulanıb.

Gənclər şəxsi heyətin xidməti şəraiti ilə tanış olub, onlarla birgə konsert proqramında iştirak edib, nahar yeməyindən sonra Naxçıvan şəhərinə yola düşüblər.

Son xəbərlər