Gəncə terrorunda çəkilən şəkil “ayın fotosu” seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Anadolu” agentliyi oktyabr ayı üçün internet saytlarında “ayın fotosu” sorğusunu keçirib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sorğuda bu dəfə ən çox səs toplayan 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərovun fotosu olub.
Türk və ingilis dilində aparılan sorğuda “Xəbər” kateqoriyası üzrə 25, “Həyat” kateqoriyası üzrə 26, “İdman” kateqoriyası üzrə isə 7 foto arasından seçim edilib.
“Xəbər” kateqoriyasında “Ermənistanın Gəncədə raketlə öldürdüyü mülkilər son mənzilə yola salındı” başlıqlı foto birinci olub.
Oxşar xəbərlər
İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezi...