Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux və Ağstafada Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux və Ağstafada Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Foto
Siyasət 46

Gəncə, Naftalan şəhərlərində və Daşkəsən, Goranboy, Samux, Ağstafa rayonlarında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimləri keçirilib.

Anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.

Ziyarətçilər ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Son xəbərlər