Gecə klubunda 29 nəfərin öldüyü yanğın belə başlayıb - ANBAAN VİDEO

Gecə klubunda 29 nəfərin öldüyü yanğın belə başlayıb - ANBAAN VİDEO
Video
Siyasət 240

İstanbulun Beşiktaş rayonunun Qayrettəpə məhəlləsindəki gecə klubunda baş verən və 29 nəfərin ölümü ilə nəticələnən yanğının ilk görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, videonu Türkiyənin Daxili İşlər Naziri Ali Yetlikaya şəxsi “X” hesabında paylaşıb.

Nazir yanğınla bağlı 2 mülki müfəttiş tərəfindən aparılan inzibati araşdırmanın davam etdiyini bildirib.

“Təəssüf ki, Beşiktaşın Gayrettepe bölgəsində baş verən yanğında 29 işçi həyatını itirdi. Hadisə ilə bağlı iki müfəttişimizin apardığı inzibati araşdırma bir çox istiqamətlərdə davam edir. Yanğının ilk görüntüləri bir daha ürəyimizi parçaladı. Allah həyatını itirənlərə rəhmət eləsin. Ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - A.Yerlikaya qeyd edib.

Son xəbərlər