Futbolçunun ailəsi qəzaya düşdü - 4 yaşlı oğlunun vəziyyəti ağırdır - VİDEO
Antalyasporun brazilyalı futbolçusu Edinaldo Gomes Pereiranın (Naldo) ailəsi avtomobil qəzası keçirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.
Qəza zamanı avtomobildə futbolçunun qayınanası qayınatası və azyaşlı oğlu olub. Onlar avtomobillə yolda hərəkət edən zaman başqa bir nəqliyyat vasitəsi onların olduğu maşına çırpılıb.
Daha sonra həmin maşın yaxınlıqdakı motosikletlə tooquşiub.
Hadisə zamanı futbolçunun 4 yaşlı oğlu Davi Pereira avtomobildən düşüb. Qəza baş verdiyini öyrənən Naldo Akdeniz universiteti xəstəxanasına gedib.
Onun qayınanası və qayınatasının səhhətinin normal olduğu bildirilib. Futbolçunun övladı Davi isə təcili olaraq əməliyyata alınıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...