Futbolçu Lukas Podolski dönərxana açıb - VİDEO

Futbolçu Lukas Podolski dönərxana açıb - VİDEO
Video
Siyasət 2

Türkiyədə "Qalatasaray" və "Antalyaspor"da çıxış edən Lukas Podolski kommersiya fəaliyyətlərindən böyük uğur qazanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildə “Ice Cream United” dondurma brendini qurduqdan sonra 2018-ci ildə Almaniyada “Mangal Döner” adlı restoranlar şəbəkəsini açan Podolski bu təşəbbüslər sayəsində 180 milyon avrodan çox sərvət qazanıb.

38 yaşlı futbolçu bir vaxtlar Türkiyədə "Qalatasaray" və "Antalyaspor"da çıxış edib.

Lukas Podolski 2017-ci ildə biznesə başlayıb.

2015-2017-ci illər arasında “Qalatasaray”da çıxış edən Lukas Podolski 2017-ci ildə “Ice Cream United” dondurma brendi ilə biznesə başlayıb və bir il sonra Almaniyada “Mangal Döner” açaraq hazırda 30-a yaxın restoran şəbəkəsinin əsasını qoyub.

Son xəbərlər