"Friends" serialındakı əşyalar hərraca çıxarılacaq - FOTO

Friends serialındakı əşyalar hərraca çıxarılacaq - FOTO
Siyasət 50

"Friends" serialında istifadə edilən əşyalar həraca çıxarılacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu hərrac serialın 30 illiyi münasibətilə təşkil olunacaq və müxtəlif geyimlər, kostyumlar alıcılara təqdim olunacaq.

Burada Cennifer Eniston və Kortni Koksun geyindiyi jaketlər, narıncı rəngli divan, Liza Kudrounun geyindiyi kürk var.

Hərrac "Julien's Auctions"da baş tutacaq. Narıncı rəngli divanın ən azı 2-3 000 dollara alıcı tapacağı ehtimal edilir.

Seriala qonaq olan aktyorların da əşyaları hərraca çıxarılır. Onlar Pol Rad, Brüs Uillis, Anna Feris, Morqan Ferçayld kimi anınmış simalardır.

Son xəbərlər