Fransada bir gündə koronavirusdan 800 nəfər ölüb

06
apr
2020
22:35
Fransada koronavirusa yoluxanların sayı 98 010 nəfərə çatıb.
BAKU.WS-in məlumatına görə, bunu Fransanın Səhiyyə naziri Olivye Veran deyib.
Onun sözlərinə görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 911 nəfər təşkil edib.
Belə ki, son 24 saat ərzində ölkədə 800 nəfər pandemiyanın qurbanı olub.
Nazir əlavə edib ki, vəziyyəti ağır olan 7 072 nəfər reanimasiya şöbəsindədir.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.
Oxşar xəbərlər
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb. BAKU.WS xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. “Ümumdünya Səhiyyə Təşkilatı aşka...