Fransa XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.
BAKU.WS-in yerli bürosu xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa müvafiq surətdə həll ediləcəyinə əminlik ifadə olunur və bu məsələdə ATƏT-in Minsk Qrupu üzvlərinin öhdəlikləri bir daha xatırlanır.
"Fransa Ermənistanla Azərbaycan sərhədində iyulun 12-dən başlayan silahlı toqquşmanı pisləyir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin daha da pisləşməməsi üçün dialoqu davam etdirməyə çağırırıq. Fransa Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə beynəlxalq hüquqa uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı şəkildə həlli üçün öz öhdəliklərini həyata keçirəcək", - bəyanatda qeyd olunur.
Oxşar xəbərlər
Leyla Abdullayeva: "Ermənistanda islamafobiya və ksenofobiya pik səviyyədədir"
"Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışından sonra Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) 4 gün vaxt lazım oldu ki, bu...