Fransa və İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı gücləndirəcək

Fransa və İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı gücləndirəcək
Siyasət 1

Fransa və İtaliyanın daxili işlər nazirlikləri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə koordinasiyanı gücləndirəcək.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində yazıb.

“Mən italiyalı həmkarım Matteo Pyantedozi ilə ətraflı danışıqlar apardım. Biz qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirmək üçün yaxın gələcəkdə Avropa İttifaqının rəsmiləri ilə birgə əlaqə saxlamağa razılaşdıq”, - o vurğulayıb.

Son xəbərlər