"Flightradar24": Azərbaycanın hava məkanı Avropa ilə Asiya arasında əsas marşruta çevrilib
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan və Türkiyə üzərindən keçən hava dəhlizi Avropa ilə Asiyanı birləşdirən əsas marşruta çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntü "Flightradar24" uçuşların izlənməsi xidmətinin səhifəsində paylaşılıb.
Xidmətin məlumatlarına görə, İran və İraqın hava məkanının bağlanması səbəbindən aviareyslərin əhəmiyyətli hissəsi alternativ marşrutlara yönləndirilib.
"İran və İraqın hava məkanı bağlı olduğu üçün Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan üzərindən keçən bu dar dəhliz Avropanı Asiya ilə birləşdirən əsas arteriyaya çevrilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...