Finlandiyada Anım Günü ilə bağlı aksiya keçirildi - FOTO

Finlandiyada Anım Günü ilə bağlı aksiya keçirildi - FOTO
Foto
Siyasət 124

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində 27 sentyabr – Anım Günü ilə bağlı aksiya keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın Munkkiniemenranta rayonunda gerçəkləşdirilən aksiya zamanı bir il öncə Ermənistanın genişmiqyaslı hücumuna cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Şəhidlərimizin ruhuna yandırılan şamlar çiçəklərlə birlikdə dənizə buraxılıb.

Son xəbərlər