Filippin səfiri: Azərbaycanın bölgədə böyük gücə çevrilməsini alqışlayır və dəstəkləyirik
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bölgədə böyük gücə çevrilməsini Filippin olaraq alqışlayır və dəstəkləyirik.
BAKU.WS xəbər verir ki, bunu report-un Ankara bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Henri Bensurto bildirib.
Filippinin Türkiyə və Azərbaycan üzrə yeni təyin olunan səfiri deyib ki, ölkəsinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri hər zaman yüksək səviyyədə olub və o, vəzifəsini icra etdiyi müddətdə bu əlaqələrin çoxşaxəli inkişafına çalışacaq: “Mən Bakıda hələ ki bir dəfə olmuşam. Çox gözəl şəhərdir. Amma, əlbəttə, əlaqələrimizin genişlənməsinə, daha çox sahələrdə inkişafına cəhd göstərəcəm”.
Səfir Azərbaycanın inkişafını, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edərək əhəmiyyətli təşkilatları, mütəxəssisləri bir araya gətirməsini təqdir edərək deyib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla bu ilin aprel ayında görüşüb və onlar iki ölkə arasında diplomatik əlaqələrin genişləndirilməsi üçün mümkün əməkdaşlıq sahələrini müzakirə ediblər.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...