Fikrət Sadıxov: “Ermənistanın mövqeyi gərginliyin saxlanılmasına yönəlib” - VİDEO

“Əgər bir ölkənin parlament sədri belə bəyanatlar verirsə, bu, Azərbaycanın necə mürəkkəb bir tərəflə danışıqlar apardığını göstərir”.
Bunu politoloq Fikrət Sadıxov Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülh müqaviləsi ilə bağlı son açıqlamalarını şərh edərkən bildirib.
“Baku TV” ilə söhbətləşən ekspert onu da qeyd edib ki, Simonyanın açıqlamaları sübut edir ki, Ermənistanın mövqeyi bölgədə gərginliyin saxlanılmasına yönəlib.
O bildirib ki, hazırda sərhədlərin delimitasiya və demarkasiyası prosesi tam olaraq Ermənistanın atacağı addımlardan asılıdır.
Daha ətraflı “BakuTV”nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
