Fərid Şəfiyev: Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım donor icmasının başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin mənzil qərargahında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və BMTM-in birgə təşkilatçılığı ilə "Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi" adlı brifinqdə danışıb.
O qeyd edib ki, 2020-ci ildən genişmiqyaslı humanitar minatəmizləmə işlərinin başlanğıcından bəri xarici yardım Azərbaycanda humanitar minatəmizləməyə ayrılan resursların yalnız 6 faizini təşkil edib:
"Bu, həm Azərbaycanın üzləşdiyi minatəmizləmə problemlərinin ciddiliyi baxımından, həm də beynəlxalq donor icmasının adətən başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır".
Oxşar xəbərlər
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyaləti...