Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq
Vəkillik fəaliyyətinə xitam verilən Əhməd Məhərrəmli barəsində Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.
BAKU.WS "Unikal"ıa istinadən xəbər verir ki, artıq Bakı İnzibati Məhkəməsində Əhməd Nizami oğlu Məhərrəmlinin kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı prosesə sədrlik edən hakimin adı məlum olub.
Belə ki, bu prosesə sədrlik edən şəxs Aysev Almazova olacaq.
Qeyd edək ki, iyunun 10-da Vəkillər Kollegiyasına Əhməd Nizami oğlu Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 may 2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.
Xatırladaq ki, ilk olaraq mətbuatda 12 saylı Vəkil Bürosunun vəkili Əhməd Nizami oğlu Məhərrəmlinin Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin bir aylıq dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...