Fanatının telefonunu yerə atan CAN YAMAN: "Məni müzakirə edəcək durumda deyilsiniz" - VİDEO
Aktyor Can Yaman İtaliyada fanatının telefonunu yerə atdığına görə onu təhqir edənlərə cavab verib.
BAKU.WS xəbər verir ki, qalmaqallı hadisə ilə bağlı danışan Yaman onu təhqir etməyə kimsənin haqqı olmadığını bildirib:
"Mənə ağıl verəcək və məni müzakirə edəcək durumda deyilsiniz. Bura pizza yeyib turist kimi gəzməyə gəlməmişəm. İşimi görürəm. Arada-bir alqışlamağınızı gözləməyi çoxdan unutdum. Məni narahat etməsəniz işimi görmək istəyirəm. Sizə türkcə daha bir paylşım: bu gün yaxşı günümdəyəm".
Qeyd edək ki, bir neçə gün əvvəl Can Yaman İtaliyada onu lentə alan fanatının telefonunu götürərək yerə atıb. Qalmaqallı hadisə başqa bir şəxs tərəfindən lentə alınıb. Tez-tez mənfi davranışları ilə gündəmə gələn aktyorun bu addımı sosial mediada da kəskin etirazlara səbəb olub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...