Rusiya vurulan ilk F-16-ya görə pul mükafatı verəcək - ŞOK MƏBLƏĞ
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikanın F-16 qırıcısını ilk vuran hərbçi 15 milyon rubl (288 min AZN) alacaq.
BAKU.WS xəbər verir ki, Rusiyanın FORES şirkəti təyyarənin məhv edilməsinə görə belə bir mükafat elan edib. Təşkilatın direktoru İlya Potaninin sözlərini Müdafiə Nazirliyi Telegram-da sitat gətirib.
Potanin həmçinin xüsusi əməliyyat zonasında “Abrams” və “Leopard” tanklarını məhv edən hərbçilərə mükafat da verib. FORES-in direktorunun sözlərinə görə, mərasim artıq yeddinci dəfədir keçirilir. Hər tank üçün ödəniş 500 min rubl (9 min 600 AZN) təşkil edib.
Şirkət rəhbəri hər vurulan F-16 və ya F-15-ə görə mükafatların olacağını vəd edib. Yalnız məhv edilən ilk təyyarəyə görə 15 milyon rubl ödəniləcək. Potanin sonrakı qırıcılar üçün ödənişlərin məbləğini dəqiqləşdirməyib.
Oxşar xəbərlər
Rusiya ABŞ-nin vurulan "Abrams" tankını sərgiləyəcək - VİDEO
Rusiya Silahlı Qüvvələri Avdeyevka şəhərində ilk vururlan və ABŞ istehsalı olan "M1 Abrams" tankını ön cəbhədən çıxarıb. Bu barədə Rusiya qoşunlarının “Mərkəz”...