Evinə raket düşərək ölən boksçunun qızının ad günü görüntüləri KƏDƏRLƏNDİRDİ - VİDEO

Rusiyanın raket hücumları nəticəsində Ukraynanın Dnepr şəhərində baş verən partlayışda vəfat edənlərdən biri də boks məşqçisi Mixayıl Korenovskiydir.
BAKU.WS Reuters-ə istinadən xəbər verir ki, baş vermiş bədbəxt hadisə zamanı öz evində həlak olan ukraynalı boks məşqçisinin ailəsi ilə videosu yayılıb.
Görüntülərdə məşqçinin ailəsi və yaxın dostları ilə qızının 4 yaşını qeyd etdiyi anlar əks olunub.
Raket hücumu zamanı Mixayıl evdə olub. Həyat yoldaşı ilə uşaqları axşam gəzintisinə çıxıblar. Onlar evə qayıdanda mənzilin raket hücumundan darmadağın olduğunu görüblər.
Ad günü qeyd edilən mətbəxin görüntüləri sosial şəbəkələrdə viral olub. Boks məşqçisinin ailəsi ilə olan son videosu hər kəsi göz yaşına boğub.
BAKU.WS həmin görüntüləri təqdim edir:

Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...