Etiraz edən ssenaristlər Hollivud studiyaları ilə ilkin razılığa gəliblər

Yazıçılar Gildiyası və böyük Hollivud studiyaları 146 günlük tətili dayandıra biləcək yeni üçillik müqavilə ilə bağlı ilkin razılığa gəliblər.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tərəflər beşgünlük danışıqlardan sonra finişə çatıblar. “Biz böyük qürurla deyə bilərik ki, bu sövdələşmə müstəsnadır. O, üzvlüyün bütün sektorları üzrə yazıçılar üçün əhəmiyyətli üstünlüklər və müdafiə təmin edir”, - deyə danışıqlar komitəsindən bildirilib.
Lakin tətil hələ də bitməyib. “Aydınlıq gətirmək üçün: Gildiyadan xüsusi icazə olmadan heç kim işə qayıtmamalıdır. O vaxta qədər biz hələ də tətili davam edəcəyik”, - deyə həmkarlar ittifaqı əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...