Etdirdiyi döymədən PEŞMAN OLAN MƏŞHURLAR - FOTO

Etdirdiyi döymədən PEŞMAN OLAN MƏŞHURLAR - FOTO
Siyasət 3

Bəzi məşhurlar öz istəkləri ilə bədənlərinə döymə etdirsələr də, daha sonra bunun peşmanlığını çəkiblər.

BAKU.WS xarici KİV-ə istinadən etdirdiyi döymədən peşman olan dünya məşhurlarını təqdim edir:

Meqan Foks

Hollivud ulduzlarının xəbər saytı “Just Jared”in yaydığı məlumata görə, Meqan Fox 2010-2022-ci illərdə evli qaldığı əri Brayan Qrinin adını ayağına döymə etdirib. İfaçı bundan peşman olub. 2023-cü ilin iyulunda bu döyməni sildirib.

Castin Biber

Bədəninin müxtəlif yerlərində döymələri olan Castin keçmiş sevgilisi Selena Qomezin portret formasında çəkilən döyməsindən peşmandır. Məşhur müğənni biləyində Selena Qomezin şəkili olduğunu, daha sonra onu sildirməyə çalışdığını, lakin bunu fanatlarının bildiyini deyib.

Heyli Biber

Əlində orta barmaqda silah rəsmi olan Heyli, bu döyməni 18 yaşında etdirib. O “Elle”yə müsahibəsində “Hazırkı yaşımda bu döyməni etdirməzdim” deyə açıqlama verib. Heyli bunun səbəbini silahın insanları şiddətə təşviq etməsi ilə əlaqələndirib.

Rayan Reynolds

Məşhur aktyor etdirdiyi döymələrindən peşmandır. O müsahibələrindən birində "Bütün döymələrimdən nifrət edirəm" deyərək açıqlama verib. Rayan etiraf edib ki, o döymələri lazerlə sildirmək istəyib, lakin həyat yoldaşı Bleyk Lively ona bunu etməyə mane olub.

Ancelina Coli

Ancelina Coli Bred Pittlə evlənməzdən əvvəl Billi Bob Torntonla eşq yaşayıb. O sevgilisinin adını "Billy Bob" formasında bədəninə həkk etdirib. Bredlə evləndikdən sonra Bobun adını sildirərək övladlarının doğum tarixini yazdırıb.

Son xəbərlər