Estoniyalı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.
Nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb: "Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin qətiyyətini və digər tərəfdaşların, o cümlədən Avropa İttifaqının ardıcıl səylərini alqışlayıram. Hazırda regionda davamlı sülhə yol açmaqla razılaşdırılmış bütün addımların tam və operativ şəkildə həyata keçirilməsi vacibdir", - Marqus Tsaxna vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...