Estoniya Prezidenti Rusiyaya qarşı radikal tədbirlər görülməsi üçün çağırış edib

Estoniya Prezidenti Alar Karis Avropa İttifaqını (Aİ) Moskvadan asılılığını daha da azaltmağa və Rusiya ilə ticarətin tamamilə qadağan olunmasını nəzərdən keçirməyə çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
"Avropa İttifaqı müstəqilliyini daha da gücləndirməli və Rusiyadan enerji daşıyıcılarının idxalını tamamilə dayandırmalıdır. Hətta Rusiya ilə ticarətə tam embarqo tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirməliyik", – Karis bildirib.
O, bu açıqlamanı Baltikyanı ölkələrin enerji sistemlərinin qitə Avropası ilə sinxronlaşdırılması münasibətilə verib.
Qeyd edək ki, 9 fevralda Latviya Prezidenti Edqars Rinkeviçs Litva, Latviya və Estoniyanın Avropa elektrik şəbəkəsinə qoşulduğunu bəyan edib.
Baltikyanı ölkələr əvvəllər vahid BRELL enerji sisteminə daxil idilər və 2023-cü ilin iyulunda oradan çıxmaq barədə razılığa gəlmişdilər. Onların Avropa İttifaqının elektrik şəbəkəsinə Polşa üzərindən sinxron rejimdə qoşulması 9 fevral tarixinə planlaşdırılıb. BRELL sistemindən ayrıldıqdan sonra Litva, Latviya və Estoniya 24 saat ərzində izolyasiya olunmuş rejimdə işləyəcək, texniki problemlər yaranmadığı təqdirdə isə Avropaya qoşulacaq.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd" adlı...
